SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbov yenə Aronyanla qarşılaşacaq

Fevralın 6-14-də “Champions Chess Tour” Onlayn şahmat seriyasının üçüncü turniri keçiriləcək.
Chess.az xəbər verir ki, seriyanın ilk iki turnirində olduğu kimi, bu dəfə də təmsilçimiz qrossmeyster Teymur Rəcəbov iştirakçılar sırasındadır. Onunla yanaşı, yarışda hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), Nikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Yan Nepomnyaşi, Daniil Dubov (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Levon Aronyan (Ermənistan) da mübarizə aparacaqlar.
Qeyd edək ki, “Champions Chess Tour” seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.
Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci turnirinin qalibi şahmatçımız Teymur Rəcəbov olmuşdur. Rəcəbov finalda Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanmışdır. Ondan əvvəlki, “Skillinq Open” yarışında da təmsilçimiz erməni rəqibinə prinsipial qarşılaşmada qalib gəlib. Birinci turnirin qalibi isə, ABŞ təmsilçisi Uesli So olmuşdur.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss