SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Karlsen ən çox qazanan Kiberidmançı oldu. 510 587 dollar!

Dünya Kiberidmançılar Təşkilatı (UNKRN) 2020-ci il ərzində ən çox qazanan idmançıların adını açıqlayıb. 
 Chess.az xəbər verir ki, təşkilatın illik hesabatına görə, 2020-ci ildə ən çox qazanan Kiberidmançı şahmatçı Maqnus Karlsen olmuşdur. UNKRN-ın hesablamalarına görə, Karlsen ötən il ərzində 510 587 ABŞ dolları məbləğində qazanc əldə edib. Maqnusdan sonra ən çox qazanan idmançı, amerikalı qeymer Ceyms Eybanks oldu. DOTA 2, CS, League of Legends Call of Duty onlayn oyunların məşhur oyunçusu olan Eybanks, 2020-ci ildə 383 325 dollar gəlir əldə edib. Qeyd edək ki, açıqlanan siyahıda Karlsen tək şahmatçı deyil. Daha iki şahmatçı təşkilatın siyahısına düşməyi bacarıblar. Bunlar ABŞ-nı təmsil edən Hikaru Nakamura (7-ci yer,324 645 dollar) və Uesli Soudru (12-ci yer, 246 180 dollar)

 Onu da qeyd edək ki, indiyədək bu siyahıda yalnız onlayn qeymerlər yer alırdı. 2020-ci ildə dünyada baş verən məlum COVİD-19 pandemiyası üzündən, şahmat yarışlarının böyük əksəriyyəti onlayn formatda keçirildi. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss