SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“Təhsil” RİM 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirəcək

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika şahmat turniri keçiriləcək.
 19 yanvar 2021-ci il tarixində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn formatda respublika şahmat turniri keçiriləcək.
Yarış isveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.Oyuna nəzarət vaxtı 3 dəqiqə, hər gedişə+1 saniyədir. Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəblərinin və şahmat klublarının 17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçıları iştirak edə bilər.
Respublika şahmat turnirində ümumi hesabda ilk 3 yeri tutmuş oğlan və qız şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları ilə təltif olunacaqdır. Bundan əlavə 7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar arasında ilk 3 yeri tutmuş şahmatçılar da müvafiq dərəcəli diplomlarla mükafatlandırılacaqlar.
Yarışın keçirilməsində əsas məqsəd 20 yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (blitz) üzrə qaliblərin müəyyənləşdirilməsi və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasıdır.

ƏSASNAMƏскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss