SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Karabakh is Azerbaijan"-ın ilk turniri başa çatdı. İkinci turnirin qeydiyyatı başladı

Chess.az saytının təşkil etdiyi "Karabakh is Azerbaijan" şahmat seriyasının ilk turniri olan "Jabrail Cup" uğurla başa çatdı.
 Seriyanın ilk yarışı olan "Jabrail Cup"-da 67 şahmatçı iştirak edib. Turnirdə AzərbaycanTürkiyə şahmatçıları mübarizə aparıb.

 İlk turnirin qalibi İmişlidən olan Elnur Mehtiyev olmuşdur. İkinci yeri Bakıdan Bağırov Orxan, üçüncü yerin sahibi isə İsbatov Kənan olmuşdur.

İlk turnirdən sonra ümumi hesab belədir:
1.Elnur Mehtiyev (İmişli)     10 xal
2.Orxan Bağırov (Bakı)         8 xal
3.Kənan İsbatov (Bakı)         6 xal
4.Daim Ağalarov (Qusar)       3 xal
5.İsmayıl Süleymanlı (Bakı)   2 xal
6.Rəşid Səfərov (Qusar)        1 xal
7.Səadət Bəşirli (Gəncə)        0 xal
8.Aytac Məmmədova (Samux)0 xal
9.Kayra Özdemir (Türkiyə)     0 xal
10.Əhməd Hüseynov (Bakı)    0 xal

Xatırladaq ki, seriya ümumilikdə 8 turnir və Böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizi adını daşıyacaq. 8 turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar Böyük finala düşmək üçün xallar qazanacaqlar. 
Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer-   8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer -  2 xal 
6-cı yer -  1 xal
Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
 Yarışlar hər bazar, Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək və 90 dəqiqə davam edəcək. 
Turnirlər Lichess.org platforması üzərindən oynanılacaq. 
Vaxt kontrolu 3 dəqiqə + hər gedişə 2 saniyə olacaq. 


1.Seriyada iştirak etmək üçün Lichess.org saytına və ya mobil tətbiqinə daxil olun və orada qeydiyyatdan keçin.
2.Daha sonra adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
Seriyanın kinci turniri yanvarın 24-də keçiriləcək və "Fuzuli Cup" adlanacaq.

(yarışın linki :https://lichess.org/tournament/CV3MAEGt)

1-ci turnir   17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir   24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir  31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir    7 fevral  2021-ci il "Qubadli Cup"
5-ci turnir   14 fevral  2021-ci il "Shusha Cup"
6-cı turnir 21 fevral    2021-ci il "Agdam Cup"
7-ci turnir   28 fevral  2021-ci il "Kalbajar Cup"
8-ci turnir     7 mart   2021-ci il "Lachin Cup"

Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final"

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss