SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Maya Çiburdanidze-60

Bu gün qadınlar arasında 6-cı Dünya çempionu Maya Çiburdanidzenin 60 yaşı tamam olur.
SSSR-iGürcüstan yığmasının əfsanəvi üzvü, 1961-ci ilin yanvarın 17-də Gürcüstanın Kutaisi şəhərində anadan olub. 3 yaşından şahmat oynamağı bacaran Maya, bu idman növü ilə 8 yaşında ciddi məşqul olmağa başlayıb və artıq 10 yaşında məktəblilər arasında Gürcüstan çempionu oldu. Bu qələbədən sonra onun karyerası yüksəlməyə başlayıb. Çiburdanidze artıq 12 yaşında SSSR-i yığmasının üzvü olur. Cəmi 17 yaşında isə, SSSR-i çempionu və "İddiaçılar turnirinin" qalibi olmuşdur.1978-ci ildə Qadınlar arasında Dünya Çempionu adı uğrunda keçirilən final matçda Maya Çiburdanidze əfsanəvi həmyerlisi Nona Qaprindaşvilini 8.5:6.5 hesabı ilə məğlub edərək Dünya Çempionu adını qazanmışdır. 

 13 il ərzində planetin ən güclü qadın şahmatçısı adını özündə saxlayan Çiburdanidze, 1991-ci ildə bu ünvanı çinli Se Tzyuna təhvil verdi. Bundan əlavə Maya Çiburdanidze düz 9 dəfə Dünya Şahmat Olimpiadalarının qalibi olub (5 dəfəf SSSR-i yığması, 4 dəfə isə Gürcüstan yığmasının heyyətində). Hal hazırda eks-dünya çempionu Gürcüstanın paytaxtı Tbilisi şəhərində yaşayır və özü yaratdığı şahmat akademiyasına rəhbərlik edir. Bundan əlavə Çiburdanidze ətirlərin hazırlanması ilə məşqul olur.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss