SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE qərar verdi. Onlayn yarışlarda rəsmi reytinq hesablanacaq!

FİDE-nin bir müddət öncə açqladığı rəsmi onlayn yarışlarında tətbiq ediləcək yeni qaydaları rəsmi olaraq təsdiqlədi.
Chess.az xəbər verir ki, söhbət “hibrid” yarışlardan gedir. Bundan sonra karantin qaydalarınını nəzərə alınmaqla, hakimlərin də nəzarəti altında  şahmat klublarında, federasiyaların qərargahlarında, otel və sair rəsmi yerlərdə keçirilən onlayn yarışlarda rəsmi reytinqin hesablanması haqqında qərar verilib. Bunun üçün təşkilatçılar bir həftə öncədən gec olmayaraq yerli federasiyalar vasitəsilə FİDE-nin müvafiq komissiyasına müraciət etməlidir.  
  Yeni təsdiqlənmiş qaydaların 0.2-ci bəndində bu haqda bunlar yazılıb: “Qiymətləndiriləcək turnirlər, nəticələrin təqdim edilməsi və reytinq haqqından məsul olan federasiya tərəfindən əvvəlcədən qeydiyyata alınır. Turnir və oyun cədvəli turnir başlamazdan bir həftə əvvəl qeydiyyata alınmalıdır"
  Bütün müraciətlər FİDE-nin Kvalifikasiya Komissiyası tərəfindən araşdırılacaq və rəsmi təsdiq alan turnirlərin keçirilməsinə icazə verilicək.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss