SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Səadət Bəşirli təltif olunub

Gəncə şahmatçısı, dünya çempionatının mükafatçısı Səadət Bəşirli təltif olunub.

Chess.az xəbər verir ki, yanvarın 22-də keçirilən tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov yeniyetmələr arasında keçirilmiş dünya çempionatında yüksək nəticə əldə etmiş Səadət Bəşirliyə fəxri diplom və dəyərli hədiyyə təqdim edib.
Qeyd edək ki, Səadət Bəşirli yeniyetmələrin dünya çempionatının Avropa qitəsi üzrə seçmə mərhələsində 46 ölkədən 10 yaşadək 53 qız şahmatçı arasında ən yaxşı nəticə göstərərək birinci yeri tutmuşdur.
Final mərhələsində isə, səkkiz yaşlı şahmatçı səkkizdəbir və dörddəbir final mərhələlərini uğurla keçərək yarımfinala yüksəlib. O, çempionatın ümumi yekununda dördüncü olub.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss