SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbovun rəqibləri bəlli oldu. Karlsen, Aronyan,...

Xəbər verdiyimiz kimi fevralın 6-dan 14-dək “Champions Chess Tour” Onlayn şahmat seriyasının növbəti mərhələsinin oyunları keçiriləcək. 
Chess.az xəbər verir ki, artıq "Opera Euro Rapid" adlanan seriyanın üçüncü turnirində iştirak edəcək bütün şahmatçıların adı bəllidir. Son turnirin qalibi olmuş, həmyerlimiz Teymur Rəcəbov və seriyanın təşkilatçısı olan dünya çempionu Maqnus Karlsendən başqa, turnirdə Nikaru Nakamura, Uesli So, Leyner Dominqez, Sem Şenkland (hamısı ABŞ), Yan Nepomnyaşi, Aleksandr Qrişyuk, Daniil Dubov (hamısı Rusiya), Dinq Liren (Çin), Maksim Vaşye-Laqrav (Fransa), Aniş Giri (Niderland), Yan-Kşıştof Duda (Polşa), Vidit Santos (Hindistan), Matias Blubaum (Almaniya) və Levon Aronyan (Ermənistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss