SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur "Cheampions Chess Tour" seriyasının lideridir!

Artıq iki turniri arxada qalan “Champions Chess Tour” Onlayn şahmat seriyasının ümumi hesabda olan sıralaması açıqlanıb. 
Sevindirici haldır ki, iki turnirin nəticələrinə görə seriyaya həmyerlimiz Teymur Rəcəbov başçılıq edir. Bu liderlik Teymura həmçinin 65 000 ABŞ dolları məbləğində mükafat da qazandırıb. Sıralamada ikinci yeri amerikalı Vesli So, üçüncü yeri isə erməni Levon Aronyan tutur. Seriyanın təşkilaçısı, dünya çempionu Maqnus Karlsen isə ümumi hesabda dördüncü pillədə qərarlaşıb.   
Qeyd edək ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.


“Champions Chess Tour” Onlayn Şahmat Seriyasının ümumi hesabı (TOP 8):
1.Teymur Rəcəbov (Azərbaycan)
2.Veslo So (ABŞ)
3.Levon Aronyan (Ermənistan)
4.Maqnus Karlsen (Norveç)
5.Maksim Vaşye-Laqraf (Fransa)
6.Hikaru Nakamura (ABŞ)
7.Yan Nepomnyaşiy (Rusiya)
8.Daniil Dubov (Rusiya)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss