SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Zangilan Cup"-a qeydiyyat davam edir

Chess.az saytının təşkil etdiyi "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının üçüncü turniri olacaq "Zangilan Cup"-a qeydiyyat davam edir.

Chess.az xəbər verir ki, bundan öncə baş tutan ilk iki turnirdə Azərbaycan, Türkiyə və Ukraynadan yüzdən çox şahmatçı iştirak etmişdir.  Keçirilmiş iki turnirdən sonra İmişlidən olan Elnur Mehtiyev ümumi hesabda liderlik edir.
"Zangilan Cup" yanvarın 31-də Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Qeydiyyatdan keçməyə tələsin.

"ZANGİLAN CUP": TURNİRƏ DAXİL OLUN!


İki turnirdən sonra ümumi hesab belədir:
1.Elnur Mehtiyev (İmişli)      20 xal
2.Rəvan Uğuzov    (Bakı)       8 xal
3.Orxan Bağırov (Bakı)          8 xal
4.Kənan İsbatov (Bakı)          7 xal
5.Daim Ağalarov (Qusar)        6 xal

6.Kutay Sakmak    (Türkiyə)   6 xal
7.Rəşid Səfərov (Qusar)         3 xal
8.İsmayıl Süleymanlı (Bakı)    2 xal
9.Səadət Bəşirli (Gəncə)         0 xal
10.Kayra Özdemir (Türkiyə)    0 xal

------------------------------------------------------------------------------

Xatırladaq ki, turnirlər Lichess.org platforması üzərindən oynanılır. 
Vaxt kontrolu 3 dəqiqə + hər gedişə 2 saniyə olacaq. 

1.Seriyada iştirak etmək üçün Lichess.org saytına və ya mobil tətbiqinə daxil olun və orada qeydiyyatdan keçin.
2.Daha sonra adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
Xatırladaq ki, seriya ümumilikdə 8 turnir və 
Böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizi adını daşıyacaq. 8 turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar Böyük finala düşmək üçün xallar qazanacaqlar. 
Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer-   8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer -  2 xal 
6-cı yer -  1 xal

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
Yarışlar hər bazar, Bakı vaxtı ilə saat 12:00-da keçirilir və 90 dəqiqə davam edir. 

1-ci turnir   17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir   24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir  31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir    7 fevral  2021-ci il "Qubadli Cup"
5-ci turnir   14 fevral  2021-ci il "Shusha Cup"
6-cı turnir   21 fevral  2021-ci il "Agdam Cup"
7-ci turnir   28 fevral  2021-ci il "Kalbajar Cup"
8-ci turnir     7 mart   2021-ci il "Lachin Cup"

Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final"скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss