SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"QUBADLI CUP": Qeydiyyat başladı

Chess.az saytının təşkil etdiyi "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının dördüncü turniri olacaq "Qubadlı Cup"-a qeydiyyat başladı.

Chess.az xəbər verir ki, buna qədər keçirilən üç turnirdə Azərbaycan, Türkiyə və Ukraynadan yüzdən çox şahmatçı iştirak etmişdir.  
"Qubadlı Cup" fevralın 7-də Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.

Qeyd edək ki, dördüncü turnirdən başlayaraq seriyanın qaydalarında dəyiçiklik edilib. Bundan sonra turnirlər İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Bundan sonraki turnirlərdə iştirak etmək üçün, Lichess.org şahmat platformasında CHESS.AZ klubuna üzv olmaq mütləqdir. Daha sonra aşağıdaki linkə daxil olaraq turnirə keçid alın.
"QUBADLİ CUP": TURNİRƏ DAXİL OLUN!

------------------------------------------------------------------------------
Turnirin şifrəsini əldə etmək üçün adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
Xatırladaq ki, seriya ümumilikdə 8 turnir və Böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizi adını daşıyacaq. 8 turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar Böyük finala düşmək üçün xallar qazanacaqlar. 
Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer-   8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer -  2 xal 
6-cı yer -  1 xal

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
Yarışlar hər bazar, Bakı vaxtı ilə saat 12:00-da başlayır. 

1-ci turnir   17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir   24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir  31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir    7 fevral  2021-ci il "Qubadli Cup"
5-ci turnir   14 fevral  2021-ci il "Shusha Cup"
6-cı turnir   21 fevral  2021-ci il "Agdam Cup"
7-ci turnir   28 fevral  2021-ci il "Kalbajar Cup"
8-ci turnir     7 mart   2021-ci il "Lachin Cup"

Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final"скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss