SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Türkiyəli şahmatçı "Zangilan Cup"-ın qalibi oldu

Chess.az saytının təşkil etdiyi "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının üçüncü turniri olacaq "Zangilan Cup" uğurla başa çatdı.

Chess.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Ukraynadan yüzdən çox şahmatçının iştirak etdiyi seriyanın budəfəki yarışında, 58 şahmatçı iştirak edib. Turnirdə qələbəni Türkiyəli şahmatçı Kutay Sakmak bayram etdi. 2-ci yerin sabibi İsmayıl Qurbanov, üçüncü pillənin sahibi isə Orxan Bağırov olmuşdur.  Keçirilmiş üç turnirdən sonra ümumi hesaba  İmişlidən olan Elnur Mehtiyev başçılıq edir. Seriyanın növbəti turniri fevralın 7-də keçiriləcək və "Qubadli Cup" adlanacaq. Sözügedən turnirə qeydiyyat davam edir.

"QUBADLİ CUP"
---------------------------------------------------------------------------------------------------------------------------------

Üç turnirdən sonra ümumi hesab belədir:
1.Elnur Mehtiyev (İmişli)      20 xal
2.Kutay Sakmak  (Türkiyə)   16 xal

3.Orxan Bağırov (Bakı)         14 xal
4.İsmayıl Qurbanov (Bakı)      8 xal

5.Rəvan Uğuzov      (Bakı)      8 xal
6.Kənan İsbatov  (Bakı)          7 xal
7.Daim Ağalarov (Qusar)         6 xal

8.İsmayıl Süleymanlı (Bakı)     3 xal

9.Aytac Məmmədova (Samux)  3 xal
10.Rəşid Səfərov (Qusar)         3 xal
------------------------------------------------------------------------------

Turnirin şifrəsini əldə etmək üçün adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
Xatırladaq ki, seriya ümumilikdə 8 turnir və Böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizi adını daşıyacaq. 8 turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar Böyük finala düşmək üçün xallar qazanacaqlar. 
Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer-   8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer -  2 xal 
6-cı yer -  1 xal

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
Yarışlar hər bazar, Bakı vaxtı ilə saat 12:00-da başlayır. 

1-ci turnir   17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir   24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir  31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir    7 fevral  2021-ci il "Qubadli Cup"
5-ci turnir   14 fevral  2021-ci il "Shusha Cup"
6-cı turnir   21 fevral  2021-ci il "Agdam Cup"
7-ci turnir   28 fevral  2021-ci il "Kalbajar Cup"
8-ci turnir     7 mart   2021-ci il "Lachin Cup"

Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss