SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Aronyan Ermənistan vətəndaşlığından imtina edir!

Bu gün axşam saatlarında Ermənistanın xəbər məkanını Levon Aronyanla bağlı şok xəbər zəbt edib. 
Chess.az xəbər verir ki, Ermənistanın bütün xəbər saytları və Teleqram kanlları ölkənin ən güclü şahmatçısı olan Levon Aronyanın Ermənistan vətəndaşlığından imtina etmək niyyətində olduğunu xəbərini dərc edib. Xəbərdə Levon Aronyanın ABŞ vətəndaşlığını qəbul edib, sözügedən ölkənin bayrağı altında çıxış etməyə hazırlaşdığını qeyd olunur. Buna səbəb kimi Levon Aronyanın Ermənistanın Baş naziri Nikol Paşinyandan inciməsi göstərilir. Adı açıqlanmayan mənbənin erməni mətbuatına ötürdüyü məlumata görə, Nikol Paşinyanın hökümətin başına keçdikdən bir müddət sonra, Levonla görüş keçirmişdir və o görüşdə Paşinyan Aronyana ən müasir standartlara cavab verən kompyüter və şəxsi məşçinin saxlanılması üçün vəsait ayıracağına söz vermişdir . Lakin görümdüyü kimi, Nikol Paşınyan sözünü tutmamışdır. Armsport.am saytının əməkdaşları məlumatı dəqiqləşdirmək üçün həm Levon Aronyan həm də Ermənistan Şahmat Federsiyasının vitse-prezidenti Smbat Lputanyanla əlaqə saxlamağa çalışsalar da, hər iki şəxs zənglərə cavab verməyib. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss