SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

SKANDAL! Əlirza Firuzca masanı tərk etdi (VİDEO)

Yanvarın 31-də başa çatan mötəbər "TATA STEEL MASTERS" şahmat superturnirinin son turunda skandal yaşandı.

Chess.az xəbər verir ki, skandalın mərkəzində yenə də, son vaxtlar belə hallarla tez-tez qarşılaşan 17 yaşlı Əlirza Firuzca olub. Beləliklə, son turun birinci masasında keçirilən Əllirza Firuzca ilə Radoslav Voytaşek qarşılaşmasının iştirakçılarına hakimlər tərəfindən 60-cı gedişdən sonra oyunlarını başqa bir masada davam etdirməyi təklif edilib. Bu təklifə qədər turun digər oyunları başa çatmışdır və turnirin qaibini müəyyənləşdirəcək Tay-Brek qarşılaşması reqlamentə görə birinci masada keçirilməli idi. Əlirza Firzuca özü də, qələbə qazanacağı təqdirdə xallarının sayını 8.5-ə çatdıracaqdır və Tay-Brekdə qarşılaşmalı olan meydan sahibləri Aniş Giri Yorden Van Forrestlə eyni xallara sahib olacaqdır. Lakin hakimlərin hesablamalarına görə, Əlirza qələbə qazansaydı belə əlavə göstəricilərə görə bu iki şahmatçıdan geri qalacaqdır və turniri üçüncü pillədə bitirəcəkdir. Məhz bu amili nəzərə alan təşkilatçılar, Tay-Brekin başlanmasını yubatmamaq üçün, sonuncu oyunun iştirakçılarına yaxınlaşaraq onlara oyunlarını başqa masada davam etdirməyi təklif ediblər. Bu təklifə sərt reaksiya göstərən Firuzca hakimlərlə mübahisə edib və onları onun oyuna olan konsentrasiyasını pozmaqda günahlandırıb. Nəticədə təşkilatçılar şahmatçılara oyunlarını davam etdirməyə şərait yaradıblar. Amma artıq olan olmuşdur. Həmin ana qədər Firuzcanın üstünlüyü var idi və bu olaydan sonra, tərəflər cəmi üç gediş edərək heç-heçəyə razılaşdılar. 

 "TATA STEEL CHESS"-in təşkilat komitəsi dünən olayla bağlı bəyanət yayıb.
 Bəyanatda deyilir :"Reqlamnetə görə Aniş Giri və Yorden Van Forrest arasında oynanılmalı olan Tay-Brek qarşılaşması mərkəzi masada keçirilməli idi. Orada isə bu iki şahmatçı arasında oyun hələ də davam edirdi. Nəzərə alsaq ki, Firuzca qələbə qazanacağı təqdirdə belə yalnız üçüncü yerin sahibi olacaqdır, hakimlər onlara Tay-Brekə daha tez başlmaq üçün oyunlarını başqa masada davam etdirməyi təklif etdik. "TATA STEEL CHESS" turnirinin təşkilatçıları bütün qrossmeysterlərə dərin hörmətlə yanaşır. Buna görə də Tay-Brek öncəsi baş verən olaya görə təəsüf hissini keçiririk.  Oyunçulara son tur öncəsi qaydalar barəsində məlumat verilmişdir. Hakimlər də onları 60-cı gedişə qədər narahat etmirdi və yalnız 60-cı gedişdən sonra onlara başqa masada keçməyi təklif etdilər. Bu olay Əlirza Firuzcanın oyununa mane olduğuna görə təəsüflənirik. Turnir təşkilatçıları turnirdən sonra hər iki şhmatçı ilə söhbət ediblər və onlardan üzrə istəyiblər. Biz gələcəkdə belə halların təkrarlanmaması üçün Tay-Breklərin keçirilmə qaydalarına yenidən baxacağıq"       

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss