SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Nizami Gəncəvi 880". "Təhsil" R.İ.M-dən daha bir turnir

Sabah “Təhsil” Repsublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Şahmat Fedarasiyasının dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn şahmat turniri start götürəcək.

 Fevralın 5-7 tarixlərində baş tutacaq onlayn komandalar arasında respublika birinciliyi, yenilənmiş Tornelo.com şahmat platforması üzərindən keçiriləcək.  İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda matçlar 6 lövhədə oynanılacaq. Komandaların tərkibi 4 oğlan, 2 qız və 1 kapitandan ibarət olacaq. Oyuna nəzarət vaxtı 10 dəqiqə, üstəgəl hər gedişə 5 saniyə artımla (10min+5sec/move) nəzərdə tutulur. 

Yarışın nəticələrinə görə ilk 3 yeri tutmuş komandalar “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları ilə təltif olunacaq. Komandanın üzvləri (6 oyunçu və kapitan) isə müvafiq dərəcəli diplomlar və pul mükafatı ilə mükafatlandırılacaqlar. Bundan əlavə hər bir lövhə üzrə ilk 3 yeri tutmuş şahmatçılar da “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları ilə təltif olunacaqlar.

Respublika birinciliyinin keçirilməsində əsas məqsəd Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat (Rapid) üzrə qalib komandaların müəyyənləşdirilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrininartırılmasıdır.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss