SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymurla Aronyan fevralın 8-də qarşılaşacaqlar

Xəbər verdiyimiz kimi sabah “Champions Chess Tour” Onlayn şahmat seriyasının üçüncü mərhələsinin oyunları start götürəcək. 
Chess.az xəbər verir ki, "Opera Euro Rapid" adlanan turnir fevralın 14-dək davam edəcək. Turnirin mükafat fondu isə 100 000 ABŞ dolları təşkil edəcək. Artıq turnirin püşkatma mərasimi də keçirlib. Yarışda iştirak edəcək həmyerlimiz Teymur Rəcəbov 1-ci turda almaniyalı Matias Blubaumla üz üzə gələcək. Hamının böyük maraqla gözlədiyi Teymur Rəcəbov-Levon Aronyan qarşılaşması isə fevralın 8-də, 15-ci turun oyunları çərçivəsində baş tutacaq. Qeyd edək ki, Rapid turnirində vaxt kontrolu 15 dəqiqə+hər gedişə 10 saniyə olacaq. 3 gün davam edəcək qrup mərhələsində gündə beş tur oynanılacaq. Xatırladaq ki, "Opera Euro Rapid"-də həmyerlimiz Teymur Rəcəbovdan başqa dünya çempionu Maqnus Karlsen, ABŞ şahmatçıları Nikaru Nakamura, Uesli So, Leyner Dominqez Sem Şenkland, rusiyalılar Yan Nepomnyaşi, Aleksandr Qrişyuk  Daniil Dubov, çinli Dinq Liren, fransız Maksim Vaşye-Laqrav, Niderland təmsilçisi Aniş Giri, polyak Yan-Kşıştof Duda, hindistanlı Vidit Santos, Almaniyalı şahmatçısı  Matias Blubaum və erməni Levon Aronyan mübarizə aparacaqlar.
Qeyd edək ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss