SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar, Rauf və digərləri "La ville d'Orsay" turnirində

Bu gün saat 18:00-da Fransanın Orsay şəhər merinin təşkilatçılığı ilə "La ville d'Orsay" onlayn şahmat turniri start götürəcək. 
Chess.az xəbər verir ki, 294 şahmatçının mübarizəyə qoşulacağı yarışda, ölkəmiz də təmsil olunacaq. Azərbaycanı turnirdə ölkənin ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov, yığmamızın başqa bir üzvü Rauf Məmmədov, Fransada yaşayan həmyerlimiz və turnirin təşkilatçılarından biri olan Namiq Quliyev, Kənan Qarayev, Nərmin Xələfova, İdris Əsədzadə, XanSəid Əliyarlılar təmsil edəcəklər. Bundan əlavə yarışda ABŞ şahmatçı Qata Kamskiy, fransız Maksim Laqrad, iranlı Parham Maqsudlu, İvan ÇeparinovBaadur Jobava kimi tanınmış şahmatçılar iştirak edəcək. Blitz turnir İsveçrə sistemi üzrə oynanılacaq və 11 turdan ibarət olacaq. "Tournoi d'échecs La ville d'Orsay" turnirin mükafat fondu 1 300 avro təşkil edəcək.    
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss