SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

1-Cİ DƏRƏCƏ YARIŞLARI TƏXİRƏ SALINDI !

1-ci şahmat dərəcəsi uğrunda keçirilməsi planlaşdırılan bütün yarışlar müvəqqəti olaraq təxirə salınıb. Bu barədə Bakı Şəhər Gənclər və İdman İdarəsinin  baş məsləhətçisi və paytaxtın şahmat idman növü üzrə kuratoru olan Salman Abdulov məlumat verib."Azərbaycan Şahmat Federasiyasının təkliflərini nəzərə alaraq müvəqqəti olaraq 1-ci dərəcə uğrunda keçiriləcək bütün yarışlara fasilə verilir. Ümumi razılaşmadan sonra yarışlar haqqında məlumat veriləcəkdir".Qeyd edək ki 4,3 və 2-ci dərəcələrdən fərqli olaraq 1-ci dərəcə yarışlarını indiyədək  Bakı Şəhər Gənclər və İdman Baş idarəsi və birbaşa Salman Abdulovun patronajı altında keçirilib. Növbəti belə bir yarış noyabrın 14-də "Elfim" Şahmat Akademiyasında start götürməli idi. Lakin məlum qərardan sonra yarış təxirə salınıb.  Məsələyə aydınlıq gətirmək üçün Salman Abdulovun özü ilə əlaqə saxladıq. Yaranmış vəziyətlə bağlı sualımızı qısa cavablandıran Salman müəllim bildirdi ki, bu vəziyət onun özü üçün də qaranlıqdı və qərar federasiya tərəfindən verilib :"Federasiya ilə məsləhətləşmələr davam edir.3-4 günə Federasiya tərəfindən mənə açıqlama verilməlidir. Sonra yəqin ki,mən daha geniş açıqlama verəcəm"
          Bu arada Vüqar Həşimov adına Şahmat Alademiyası sosial şəbəkələrdə yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.  "8 noyabr 2018-ci il tarixdə Azərbaycan Şahmat  Federasiyasının vitse-prezidenti Faiq Həsənov və Azərbaycan Gənclər və İdman Nazirliyinin şahmat üzrə məsul nümayəndəsi Lütfiyar Rüstamovun sədrliyi ilə iclas keçirilib. İclasda  idman cəmiyətlərinin nümayəndələri  və təsnifat  komisiyasının üzvləri iştirak ediblər. V.Həşimov Şahmat Akademiyasında keçirilmiş bütün yarışlar və Beynəlxalq şahmat yarışları AGİN-in 19 dekabr 2016-cı il tarixli 08 saylı qərarına əsasən ,2017-2020 ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifat tələblərəniə və Azərbaycan Şahmat Federasiyasının qanunlarına uyğun keçirilib.  1-ci dərəcə və İdman Ustalığına Namizəd normativlərini yalnız Azərbaycan Şahmat Federasiyasının təsnifat komissiyası tərəfindən müəyyən edilir və arayışı əsasında verilir. Bu günə qədər verilən 1-ci dərəcə və İUN üzrə dərəcələr  qaydalara riayət olunmadan verilib.VHŞA-ın 23-31 oktyabr 2018-ci il tarixində keçirilən "Qızıl Payız" festivalında 1-ci dərəcə normasının yerinə yetirən 3 şahmatçının sənədlərini AŞF-na və Elo reytinqinin hesablanması üçün FİDE-yə göndərilib. 16-24 noyabr 2018-ci il tarixində V.Həşimov Şahmat Akademiyasında 1-ci dərəcə turniri plana və qanuna uyğun şəkildə keçiriləcək. VHŞA-da keçirilən bütün tədbirlər Azərbaycan şahmatının inkişafına xidmət edir və qanuni şəkildə keçirilir. Hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının qanunlarına hörmət etməyə borcludur! "
   Bu açıqlamadan bəlli olur ki narazılıq məhz Vüqar Həşimov Şahmat Akademiyası ilə Salaman Abdulov arasında yaranıb. Çünki indiyədək ölkə üzrə 1-ci dərəcə və İdman Ustalığına Namizəd yarışları  məhz Salman Abdulov tərəfindən keçirilirdi, dərəcələr isə onun təqdimatı ilə Gənclər və İdman Nazirliyi  tərəfindən verilirdi. VHŞA-sı  otən ay "Qızıl Payız" adlı şahmat turnirini keçirib və turnirin həm Beynəlxalq reytinqli həm də 1-ci dərəcə normalı olduğunu bildirmişdirlər.  Yarışda 1-ci dərəcə normasını yerinə yetirən 3 şahmatçı isə 1-ci dərəcələrini hələ də ala bilməyiblər.  Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyası ilə əlaqə saxladıq. Telefon zənginə cavab verən federasiya işçisi bildirdi ki 1-ci dərəcə ilə bağlı bütün suallarla ancaq Salman Abdulova müraciət edək.Yaxın günlərə federasiyadan məsələ ilə bağlı rəsmi açıqlama yayması gözlənilir.скачать dle 12.1