SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

KARLSEN YOXSA KARUANA ?

Əziz dostlar !

 Bu gündən etibarən son zamanlar populyar olan chess.az saytında,olkə daxilində və xaricində baş tutan turnirləri  şərh etməyə başlayıram.
İlk yazım Dünya Çempionu adı uğrunda davam edən Karlsen-Karuana duelinin ilk 4 turu haqqında olacaq.
Başlayaq !
Artıq Karlsen-Karuana matçında 4 oyun geridə qalıb. 
Beləliklə ilk 4 oyundan sonra ilkin təsüratları bölüşə bilərik.
Populyar şahmat platforması olan chess24.com saytı apardığı sorğuya əasasən, şansları 75%-25% nisbətində Karlsen xeyrinə  qiymətləndirmişdir.
Maqnus matçdan əvvəlki kimi indi də cütün  favoriti  göstərilir.
Amma şəxsən mən Maqnusu elə də açıq-aşkar favorit hesab etmirəm.
Hətta, fikrimcə biz bu ayın sonunda yeni Dünya Çempionunu görəcəyik !
Keçək oyunların qısa analizinə:


1-ci oyun :
Fabiano ağlarla oynasa da düşünürəm ki,ilk oyundaca sürprizlə qarşılaşdı. 1.e4-ə qarşı Maqnus adətən 1.....e5 cavabını verirdi. Bu görüşdə isə Maqnus gözlənilmədən Siciliya müdafiəsinə üstünlük verdi 1... c5.
 Debütə çox ciddi hazırlaşdığını göstərən Karlsen,əvvəlcə oyunu bərabərləşdirdi daha sonra isə uzun zamanlıq üstünlük əldə etdi. Fabiano 25-ci gedişdə f4 xanasındakı dəyişiklikdən sonra keyfiyyəti qurban verməli idi.Amma bunu etməyərək özünü çətin duruma saldı.Oyun ərzində Karlsen qələbəyə çox yaxın idi,lakin qələbə çala bilmədi. Əgər ilk oyunda Karlsen qaralarla qələbə qazansaydı, ümumi matçın sonrakı gedişatı tam fərqli olacaqdır. Amma Maqnus qazandığı üstünlüyü əldən verdi. Fabiano isə top sonluğunda, piyadasız o qədər də çətin olmayan heç-heçəsini edə bildi.
.
2 cioyun:
Karuana qaralarla debütdə çox gözəl ev hazırlığını göstərdi.6…c5 oynamaqla heç vaxt oynamadığı bir gedişi edib. Bu gediş ona gələcək mübarizədə mikroskopik da olsa üstünlük qazandıra bildi. Ancaq Karlsen dəqiq oynayaraq təhlükəli vəziyətə düşmədi və oyunu heç-heçəyə apara bildi. Oyundan sonra keçirilən mətbuat konfransında Maqnus özü də etirafetdi ki, Fabiano onu debütdə təcübləndirdi və o piyadasız top sonluğuna gedərək heç-heçə etdi.
3 cü oyun :
3 cü oyunda da birinci oyunda olduğu kimi Fabiano Karuana Siciliya müdafiəsinin Rossolimo variantına getdi.Ancaq bu dəfə Fabi ilk oyunda olduğu kimi f4 yox, 9-cu gedişdə b4 oynayaraq vəzir cinahından oyunu seçdi. Və məqsədinə qismən də olsa çatdı. 15-ci gedişə qədər üstün oyun sərgiləyən Karuana ,15-ci gedişdə etdiyi qeyri-dəqiq gediş (15.Fd2...) şansları yenidən bərabərləşdirdi.Sonradan oyundakı cuzi üstünlük Karlsenə keçdi,lakin Maqnus bu dəfə də üstünlüyünü gələbəyə çevirə bilməyib. 
4 cu oyun :
Bu dəfə Maqnus İngilis başlanğıçını seçdi .Və yenə də ,ikinci oyunda olduğu kimi Fabiano  Maqnusa debütdə güclü müqavimət göstərə bildi. Düşünmürəm ki ,ağlar bu partiyada heç-heçədən başqa nəyəsə ümid edə bilərdi.Karlsen oyun ərzində azacıq da olsa üstünlük qazana bilməmişdir. Tezliklə vəzirlər dəyişdirildi və oyun yavaş yavaş heç-heçəyə doğru getdi.

Ümumiyyətlə qeyd etmək istərdim ki keçirilmiş 4 oyundan sonra Karuananın qara fiqurlarla daha inamlı oyun sərgilədiyi açıq şəkildə görsənir. Və fikirimcə ilk 4 partiyadan sonra psixoloji üstünlük də daha çox məhz Karuananın tərəfindədir.
Bu gün növbəti, 5-ci oyun keçiriləcək.Karuana Dünya Çempionuna qarşı ağ fiqurlarla oyanaycaq.
Düşünürəm ki, 5-ci oyunda yeni bir debütun şahidi olacağığ.Bu partiyada qələbə hər iki tərəf üçün olduqca vacibdir.
Baxaq görək bu ali məqsədə ilk çatan kim olacaq ?
Karlsen yoxsa Karuana ?скачать dle 12.1