SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəşad Məmməd :"Fişer yüksəkliyi əlçatmazdır "

Fişer yüksəkliyi əlçatmazdır !


©Rəşad Məmməd

Təxminən 10 yaşım olardı. İsti bir yay günü idi. Televiziyada əfsanəvi şahmatçı Bobbi Fişer haqqında veriliş gedirdi. Əslində şahmat oyunu haqqında məlumatım daha tez, 6-7 yaşımdan var idi ,lakin bu oyun nədənsə çox maraqsız gəlirdi mənə. O veriliş məni çox cəlb etdi və şahmata marağım yarandı.Fişer haqqında veriliş bitəndən sonra , atama dedim ki, mənə şahmat oynamağı öyrət. Evdə hardasa itib-batmış şahmat dəsti tapıldı və mən atamla şahmat oynamağa başladım. Demək olar ki ,hər gün oynayırdıq. Qardaşım sevmirdi şahmatı, amma mənə atamla oyun xüsusi zövq verirdi. Adətən məğlub olurdum. Bu da məni çox məyus edirdi. Mən ancaq qalib gəlmək istəyirdim ,amma alınmırdı. Anladım ki, bu oyunun sirrlərini öyrənmədən qalib gələ bilməyəcəm.

Bir il keçdi. Məni şahmat məktəbinə yazdırdılar. Bir müddət sonra şahmat yarışlarına qatılmağa başladım .Qarşımda da yalnız bir məqsəd var idi -ancaq qələbə ! Təssüflər olsun ki ,məndə hər dəfə bu alınmırdı. 4 və 3-cü dərəcəni tez alsam da daha böyük nailiyyətlər qazana bilmirdim. Onda anladım ki , mən heç vaxt Bobbi Fişer ola bilməyəcəm. Bobbi Fişer məndə nəyin ki maraq yaratdı, o mənə şahmatı sevdirmişdi. Şahmat mənim həyatımda "Bir Nömrəli" idman oldu.

İllər keçdi, 18-19 yaşlarında olanda şahmata aləminə geri döndüm. Bobbi Fişer kimi ,tək başına şahmatla məşğul olurdum. Çoxlu şahmat kitablarını oxuyurdum. Gündəlik olaraq 4-5 saatımı şahmata həsr edirdim. Çoxlu məşqul olanda özümü bir anlıq Fişer kimi hiss edirdim. Bu da məni çox həvəsləndirirdi. Çox keçmədi və mən 2-ci,ardınca isə 1-ci şahmat dərəcəsini aldım. Birinci dərəcə turnirində 9 mümükün xaldan 8.5 xal topladım və bu anda dahi Fişerin 1963-cü ildə ABŞ çempionatında əldə etdiyi fantastik nailiyyət yadıma düşdü. 11 oyun 11 qələbə! Bir anlıq özümü Fişer kimi hiss etdim ,amma sonra bir daha anladım ki ,Fişer olmaq mümkün deyil, Fişer doğulmaq lazımdır !

Bəlkə də biz hələ də  tam dərk etmirik Fişer necə bir zirvə olub. Tək, məşqçisiz, sekundantsız və hətta kompyütersiz. Özü tək başına saatlarla şahmatla məşqul olması fantastikadı. Fişer şahmatla nəfəs alırdı. Gündəlik olaraq 15-16 saat şahmatla məşqul olmaq çox ağır fiziki yükdür. Amma o, məqsədinə çatmaq üçün özünü,sağlamlığını belə qurban verirdi. 

Fişer təkbaşına şahmatda məğlubedilməz sayılan SSSR-i şahmatçılarını bir -bir sıradan çıxararaq məqsədinə çatdı və  Dünya Çempionu oldu.  

Fişer böyük bir zirvədi ! Bəzən kimlərisə Fişerə bənzətməyə çalışırlar ,amma Fişer təkrarolunmazdı ! 80-lərdə Karpov ,90-larda Kasparov, 200-lərdə Kramnik,Anand ,müasir dövrdə isə Karlsen var . Amma bütün zamanların ən güclüsü Fişerdir. Ümumiyyətlə şahmat iki dövrəyə bölünür. Fişerdən əvvəl və Fişerdən sonra. Maqnus Karlsen Bobbi Fişerin prototipi ola bilər ,amma Maqnus belə heç vaxt Fişer ola bilməz. Çünki Fişer olmaq mümükün deyil. 

Fişer yüksəkliyi əlçatmazdır !



скачать dle 12.1