info@chess.az

+994 50 429 72 99

"SƏBRİMİZ OLMASA GƏLƏCƏYİMİZ OLMAZ"

 Azərbaycanlı grosmeyster, dünyanın ən güclü şahmatçılarından biri olan Şəhriyar Məmmədyarov Tata Steel Masters turnirindən sonra öz şəxsi feysbuk hesabından turnirdəki çıxışını barədə qısa dəyərləndirmə etdi. "Bu gun Veyk-An-Zee turniri başa çatdı.  5 qələbə, 7 heç-heçə və 1 məğlubiyət. Bu turnirdə FİDE reytinqimə 10 ELO xalı əlavə. 3 gün sonra dünyanın 2 nömrəli şahmatçısı oluruq (aylıq FİDE reytinqi 3 gün sonra açıqlanacaq) ) . Dəstəyinizə göra hammınıza təşəkkür edirəm.!   2814!!! )”.  Bundan əlavə Şəhriyar turnirin 12-ci turunda inglis Djonsla sensaiyalı heç-heçəyə də toxundu  "Sössüz ki bu sual hammını maraqlandırır. Amma mənim debüt sistemim var. Mən rəqiblərimi sizdən 100 dəfə yaxşı tanıyıram. Djons əslində güclü və heç kimdən qorxmayan rəqib idi. Görünür mənimlə oyunda heç-heçəyə hazırlaşmışdı. Mən rus debütunu oynayaraq ən azı 2 dəfə Karyakina qalib gəlmişəm, bu debüt mənim üçün uğurlu debütdu.  Rəqib gedişləri təkrarlayanda mən heç-heçəyə razı olmasaydım pis veziyete getmiş olardım və partiyadan məğlib ayrıla bilərdim. Belə bir vəziyət İddiaçılar turnirində olsaydı sössüz ki risk edib oynayardım . Bu turnir mənim həyatımın turniri deyil,odur ki qorxaq oyunçularla heç-heçəyə razılaşmaq normal taktikadı. Təki onlar bizimlə heç-heçəyə sevinsinlər. Sırf buna göra mən səbirli olmağı düşündüm,səbrimiz olmasa gələcəyimiz olmaz."

Qeyd edək ki Şəhriyar Məmmədyarov sözügedən partiyanı 12 turda keçirib və 12 ci gedişdə heç-heçəyə razılaşıb.


chess.az