info@chess.az

+994 50 429 72 99

BAKI-MOSKVA-BERLİN
BAKI-MOSKVA-BERLİN

İlin ən çox gözlənilən şahmat yarışına çox az vaxt qalıb. Martın 10-dan etibarən bütün dünyanın diqqəti  Almaniyanın paytaxtı Berlin şəhərinə yönələcək. Burada Dünya Çampionluğuna İddiaçıların  turniri keçiriləcək. Turnirdə ölkəmizi,yarışın reytinq-favoriti olan Şəhriyar Məmmədyarov təmsil edəcək. Şəhriyarın bu mötəbər yarışa yollanacağı marşrut da artıq məlum olub. Beləliklə,hələlik hazırlıqlarını Bakıda davam etdirən Şəhriyar ,bir neçə gündən sonra Rusiyanın paytaxtı Moskva şəhərinə yollanaq.  Moskvada Məmmədyarov 2-4 mart tarixlərində keçiriləcək "Tal Memorialı" na qatılcaq. Şahmatın rapid və Blitz növləri üzrə keçiriləcək yarışda Məmmədyarovdan başqa rusiyalılar Kramnik,Qrişyuk,Svidler,Karyakin,Nepomnyaşiy,Dubov, amerikalı Hikaru Nakamura, israilli Boris Qelfand və hindistanlı Vişvanatan Anand güvvəsini sınayacaqlar. Bu yarışdan sonra isə Məmmədyarov İddiaçılar turnirində iştirak etmək üçün Almaniyaya yollanacaq.

chess.az