info@chess.az

+994 50 429 72 99

ŞƏMKİR 2018
ŞƏMKİR 2018

       Məhrum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi “Shamkir Chess”  Super turnirinin tərkibi və keçiriləcəyi tarixlər müənləşdi. Turnir bu ilin 18-28 aprel tarixlərində həmişəki kimi Vüqarın vətəni, Şəmkir şəhərində keçiriləcək.  Turnirdə ümumilikdə 10 şahmatçı iştirak edəcək. Yarış dairəvi sistemlə 9 turdan ibarət olacaq. Turnirin iştirakçılarına gəlincə ,bunlar hazırki Dünya çempionu norveçli  Maqnus Karlsen, eks-dünya çempionu rusiyalı Vladimir Kramnik və daha bir rus Sergey Karyakin, güclü hollandiyalı şahmatçı Aniş Giri, çinli Ding Liren , bolqar Veselin Topalovdu və çexiyalı David  Navaradı.  Ölkəmizi bu mötəbər yarışda  3  şaxmatçı təmsil edəcək. Bunlar  hazırda dünya ikincisi ünvanını daşıyan  Şəhriyar Məmmədyarov,qrosmeysterlərimiz Teymur Rəcəbov və Rauf Məmmədovdur. Qeyd edək ki son iki turnirin qalibi həmyerlimiz Şəhriyar Məmmədyarov olmuşdur.



chess.az