info@chess.az

+994 50 429 72 99

ŞƏHRİYAR ZİRVƏYƏ DOĞRU ! (YENİLƏNİR)
ŞƏHRİYAR ZİRVƏYƏ DOĞRU ! (YENİLƏNİR)

Bütün dünyanın diqqıtini özündə cəmləşdirən  İddiaçılar turnirinin  3 cü turun oyunları başa çatdı. Berlində keçirilən yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov amerikalı Fabiano Karuana ilə  oynadığı partiya turun ən maraqlı partiyası oldu desək yanılmarıq. 6 saata yaxın davam edən partiyanın sonunda tərəflər heç-heçəyə razılaşmalı oldular. Bununla da 3 oyundan sonra aktivində 2 xalı olan Şəhriyar, elə həmən Karuana ilə 2-3 yerləri bölüşür. Turun digər maraqlı partiyası erməni Aronyanla rusiyalı eks-dünya çempionu Vladimir Kramnik arasında keçirildi. Çoxları Aronyanın yaxşı formada olduğunu və hətta Ermənistan prezidenti Serj Sarqsyanın onu dəstəkləmək üçün partiyanı  canlı izlədiyini nəzərə alaraq  cütün  favorit görürdü ,lakin  təmkinli Kramnik qara fiqurlarla iki ildir üzərində işlədiyi yeni variant tətbiq etməklə parlaq qələbə qazanıb. Yəqin ki Aronyanın bu məğlubiyətindən sonra Sarqsyan evinə qayıtmalı olacaq. Qazanılan qələbə sayəsində Kramnik isə 2.5 xalla turnir cədvəlində liderliyə yiyələndi. Turun digər oyunlarında Karyakin Qrişyukla, Vesli Sou isə Dinq Lirenlə heç-heçə ediblər. Bu gün turnirdə istirahət günüdür, sabahdan isə yarış həyacanı davam edəcək. 4-cü turda Şəhriyar ağ fiqurlarla amerikalı Vesli Sounu sınağa çəkəcək. Qeyd edək ki ,yarışda ümumilikdə 8 şahmatçı mübarizə aparır. Turnir dairəvi sistemlə iki dövrədən ibarət keçirilir. Yarışda birinci pilləni tutan şahmatçı bu ilin noyabr ayında  London keçiriləcək Dünya Çempionu adı uğrunda titulun hazırki sahibi norveçli  Maqnus Karlsenin  rəqibi olacaq.  CANLI 




chess.az