info@chess.az

+994 50 429 72 99

TEYMURUN AD GÜNÜDÜ !!!
TEYMURUN AD GÜNÜDÜ !!!

Azərbaycanın tarixində  ən güclü şahmatçılarından biri hesab olunan beynəlxalq qrossmeytirimiz Teymur Rəcəbovun bu gün 31 yaşı tamam olur. 1987 ci ilin martın 12-də Bakıda dünyaya göz açan Teymur, 4 yaşında şahmatla məşqul olmağa başlamışdır. Teymurun cəmi  14 yaşı olanda o artıq  beynəlxalq qrossmeyster adına yiyələnmişdi.  16 yaşında Rəcəbov  Linaresdə keçirilən yarışda ,qara fiqurlarla əfsanəvi Qari Kasparovu məğlub edərək özündən bütün dünyada söz etdirməyə bacarmışdı. 2004-cü ildə Teymur Dünya Çempionu adı uğrunda keçirilən yarışda yarımfinala qədər irəliləmişdi və yarımfinalda o vaxt çox güclü olan inglis Maykl Adamsa məğlub olmuşdur. 2006-ci ildən etibarən Teymur Rəcəbov UNİSEF-in Azərbaycandakı xoşməramlı səfiri funksiyasını daşıyır. Hazırda Teymur 2748 xalla dünya reytinq cədvəlində 18-ci pilləsində qərarlaşıb. 

chess.az