info@chess.az

+994 50 429 72 99

MİRZƏYEV İRAQDA !
MİRZƏYEV İRAQDA !

Təcrübəli Azərbaycanlı qrossmeyster Azər Mirzəyev  İraqda keçirilən 6-ci Açıq İraq Çempionatında güvvəsini sınayır. Dünən keçirilən birinci turda Mirzəyev ağ fiqurlarla iraqlı Rabaz Nəsir Camalı məğlub edib. Bu gün keçiriləcək ikinci turda Azər Mirzəyevin rəqibi Malaziyalı Lim Juo Ren olacaq. Qeyd edək ki turnirdə ümumilikdə 19 ölkədən 62 şahmatçı çıxış edir.  

chess.az