info@chess.az

+994 50 429 72 99

ŞƏHRİYAR LİDERLƏR QRUPUNDA !
ŞƏHRİYAR LİDERLƏR QRUPUNDA !

Almaniyanın paytaxtı Berlin şəhərində davam edən İddiaçılar turniri bir günlük fasilədən sonra dünən davam etdi. Həmyerlimiz Şəhriyar Məmmədyarov 4-cü turda  amerikalı Vesli Sounan üz-üzə gəldi. Bu partiyada tərəflər 31-ci gedişində sülh bağladılar. Qeyd edək ki bu Şəhriyarın turnirdə ardıcıl üçüncü bərabərliyi idi. İlk oyunda Karykin üzərində qələbədən sonra,Şəhriyar Aronyan,Karuana və Vesli Sou ilə ardıcıl üç dəfə heç-heçə oynayıb.  4 turdan sonra aktivində 2.5 xalı olan Məmmədyariov hazırda Vladimir Kramniklə 2-3-cü yerləri bölüşdürür. Turun ən maraqlı partiyası isə amerikalı Karuana ilə rusiyalı Kramnik arasında keçirilib. Partiyanın gedişində ağlarla oynayan Kramnik zaman-zaman böyük üstünlüyə yiyələnsə də, gənc amerikallı şahmatçı vəziyətən çıxış yolu tapa bilib və Kramnik üzərində parlaq qələbə qaza bildi.  Bu qələbə sayəsində xallarını 3-ə çatdıran Fabiano Karuana turnirin vahid lideri oldu. Digər partiyalarda alınan nəticələr isə belədir :  Qrişyuk -Dinq Liren 0.5-0.5, Karyakin -Aronyan  0:1

Bu gün İddiaçılar turnirinin 5-ci turun oyunları keçiriləcək. Şəhriyar Məmmədyarov qara fiqurlarla çinli Dinq Lirenlə qarşılaşacaq. Qeyd edək ki Dinq Lirenin bu turnirdə keçirdiyi hər dörd oyunu heç-heçə il başa çatıb.

chess.az