info@chess.az

+994 50 429 72 99

AZƏR ERMƏNİYƏ QARŞI .
AZƏR ERMƏNİYƏ QARŞI .

    Təcrübəli azərbaycanlı qrossmeyster Azər Mirzəyev İraqda  keçirilən 6-ci Açıq İraq Çempionatında güvvəsini sınayır. Dünən keçirilən birinci turda Mirzəyev ağ fiqurlarla iraqlı Rabaz Nəsir Camalı məğlub edib, bu gün isə Azər qaralarla Malaziyalı Lim Jun Renə qalib gəlib. Beləliklə iki oyundan sonra Mirzəyev 100% nəticə ilə liderlər qrupunda qərarlaşıb. Sabah turnirdə 3-cü turun oyunları keçiriləcək, Mirzəyevin rəqibi isə erməni Artur Qaragözyan olacaq. Soyadı ilə mənşəyini bildirən erməni də, iki turdan sonra 2 xalla liderlər qrupunda yer alır.  Qeyd edək ki turnirdə ümumilikdə 19 ölkədən 62 şahmatçı çıxış edir.  

chess.az