info@chess.az

+994 50 429 72 99

ƏN VACİB OYUN !!!
ƏN VACİB OYUN !!!

CANLI YAYIM LİNKİ :      

Bütün dünyanın diqəıtini özündə cəmləşdirən İddiaçılar turnirində birgünlük fasilədən sonra bu gün 10- cu turun oyunları keçiriləcək. Turun mərkəzi görüşündə həmyerlimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla  italyan əsilli amerikalı şahmatçı Fabiano Karuana ilə qarşılaşacaq.  Hazırda aktivində 6 xalı olan Karuana turnirin vahid lideridi, onun ən yaxın izləyicisi isə 5.5 məhz Şəhriyar Məmmədyarovdu. Bu oyunu turnirin “mini finalı” da adlandırmaq olar. Bu oyunda tərəflərdən biri qələbə qazanacağı təqdirdə son 4 tura çox böyüü üstünlüklə yollanacaq. Şəhriyar üçün isə bu turnirdə əla performans göstərən Karuananı turnir cədvəlində keçmək üçün bəlkə də son şansıdı. Qeyd edək ki Şəhriyar indiyədək ağlarla Karuana ilə 8 dəfə qarşılaşıb və bir dəfə də olsa məğlub olmayıb. Bu oyunların 4 də Məmmədyarov qalib gəlib, 4 də isə heç-heçə qeydə alınıb. Göründüyü kimi statistika da Şəhriyarın xeyrinədi,qaldı yalnız bu tarixi şansdan yararlanmaq. Qrossmeyterimizə uğurlar diləyirik !!!

10-cu turun oyunları :

Məmmədyarov (Azərbaycan) - Karuana (ABŞ) 

Qrişyuk (Rusiya) - Karyakin (Rusiya) 

Kramnik (Rusiya) - Aronyan (Ermənistan) 

Dinq Liren (ÇİN) - So (ABŞ) 

 

9 turdan sonar turnir cədvəli :



chess.az