
SON İKİ TUR
Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya
Çempionluğuna İddiaçıların turniri yavaş yavaş sona
yaxınlaşır. Bu gün və sabah turnirdə son iki turun oyunları keçiriləcək. Növbəti
iki tur çox maraqlı keçəçəyi indidən məlumdu. 12-ci turda qeydə alınan sürpriz
nəticələrdən sonra indi birinci yerə nə az nə çox,düz 5 şahmatçı namizəddir.! Hazırda turnirin lideri 7 xalla rusiyalı Sergey Karyakindir, 2-ci pillədə onunla
eyni xala malik olan amerikalı Fabiano Karuanadı, onları 6.5 xalla Dinq
Liren,Qrişyuk və həmyerlimiz Məmmədyarov izləyirlər. Dinq Lirenə məğlubiyyət Şəhriyarı
2-ci pillədən 5-ci pilləyə endirsə də,yenə də hələ həçnə itirilməyib və son
iki turda Şəhriyarın yarışda ümumi qələbə qazanması üçün şansı var. Bu gün
keçiriləcək 13-cü turda Şəhriyarın rəqibi rusuyalı Aleksand Qrişyuk olacaq.
Görüş Bakı vaxtı ilə saat 18-də başlayacaq. Qeyd edək ki ,yarışda ümumilikdə 8
şahmatçı mübarizə aparır. Turnir dairəvi sistemlə iki dövrədən ibarət
keçirilir. Yarışda birinci pilləni tutan şahmatçı bu ilin noyabr ayında
London keçiriləcək Dünya Çempionu adı uğrunda titulun hazırki sahibi
norveçli Maqnus Karlsenin rəqibi olacaq. CANLI YAYIM LİNKİ :
13-cı tur 26 mart 2018
Məmmədyarov
(Azərbaycan) - Qrişyuk (Rusiya)
Dinq Liren ( ÇİN) - Kramnik
(Rusiya)
So (ABŞ) - Karyakin
(Rusiya)
Karuana (ABŞ) - Aronyan
(Ermənistan)
14-ci tur 27 mart 2018
Kramnik (Rusiya) - Məmmədyarov
(Azərbaycan)
Qrişyuk (Rusiya) - Karuana
(ABŞ)
Aronyan (Ermənistan) - So (ABŞ)
Karyakin (Rusiya) - Dinq Liren (ÇİN)
12 TURDAN SONRA TURNİR CƏDVƏLİ :