info@chess.az

+994 50 429 72 99

SON ŞANS
SON ŞANS

 

          Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən İdiiaçılar turniri başa çatmaq üzrədi.  Bugünə qədər keçirilən 13 tur çox həyacanlı və sürprizlərlə zəngin oldu. Qrossmeysterlər şahmat həvəskarlarına əsl final həyacanı yaşada bildilər desək yanılmarıq. Və budur, bu gün super-turnirin son turu keçiriləcək. 8 şahmatçının mübarizəyə başladığı turnirdə sonda  yalnız  4 nəfərin qələbəyə iddiası qalıb . Qrişyuk,Kramnik,So və Aronyanın turnirdə qələbə qazanmaq şanslarını artıq  itiriblər, turnirin vahid lideri amerikalı Fabiano Karuana, həmyerlimiz Şəhriyar Məmmədyarov,rusiyalı Sergey Karyakin və  çinli Dinq Liren isə noyabrda Karlsenə rəqib olmaq iddiasını hələ də saxlayırlar.  Bu dördlükdən ən şanslısı kimi Karuana görünür. Qələbə qazanacağı təqdirdə Karuana turnirin qalibi olur və rəqiblərinin bütün hesablamaları və şansları üzərində xətt çəkmiş olur. Bir sözlə desək Karuananın taleyi öz əlindədi.  Ən az şans isə Dinq Lirendədi. Çinli turnirdə qalib qaəlməsi üçün Karyakini məğlub etməlidir,Karuana və Məmmədyarov isə məğlub olmalıdırlar. Son turda birdən birə qələbəyə üç namizədin məğlub olması o qədər də real görünmədiyi üçün çinlinin yalnız möcüzəyə bağlıdır. Bəs Karuana son turda qələbə qazana bilməsə nə olacaq?  Sonuncu  turdan əvvəl hammını bu sual maraqlandırır. Əgər xallar bərabər olarsa nə olacaq ? Turnirin qalibi adı kimə qismət olacaq ? Çalışaq az da  olsa yaranmış vəziyətdən bəzi nəticələr çıxaraq.  

 Bir şey dəqiq məlumdur ki, tay-brek olmayacaq . Reqlamentə görə 2 və ya daha çox şahmatçının xalları bərabər olarasa əvvəl şəxsi görüşlərə, sonra qələbələrin sayı,sonda isə Zonneborn-Berger əmsalına baxılır. Bu göstəricilər hər üçü bərabər olarsa o zaman tay-brek oynanılmalıdır. Ekspertlərin hesablamaları indidən deməyə əsas verir ki tay-brek olmayacaq. Böyük ehtimalnan  xallar bərabər olarsa qalibi Zonneborn-Berger əmsalı müəyən edəcək. Bu halda isə Şəhriyar digər rəqiblərində üstün durumdadı. Karuanadan əlavə göstəricələrə görə, Karyakindən isə aralarındakı oyunlara görə üstünlük Məmmədyarovdadı. Göründüyü kimi xalların bərabərləşməsi həmyerlimizin xeyrinədir. Yalnız Dinq Lirenlə  Məmmədyarovun xalı bərabər olacağı təqdirdə əmsal yox, şəxsi görüşlərdəki nəticəyə görə Dinq Liren Şəhriyarı qabaqalayacaq.  Karuana sonuncu  turda  olduqca çətin rəqib sayılan rusiyalı Qrişyukla qarşılaşacaq. Hammıya məlumdur ki , Aleksandr ağlar ilə çox güclü oynayır , bundan əlavə həmyerlisi Karyakinin qələbəyə namizəd olduğu halda Qrişyuk Karuana ilə oyuna çox ciddi hazırlaşacaq.  Yeri gəlmişkən Şəhriyarın rəqibi Vladimir Kramnik da Karyakinin ümumi qələbəsi üçün əlində gələni edəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Buna göra həm  Şəxriyarı rusiyalı  eks-dünya çempionuna qarşı ,həm də Karuananı güclü Qrişyuka qarşı qara fiqurlarla  çox gərgin oyun gözləyir. Real baxsaq ,Karuananın Qrişyuka məğlub olacağı o qədər də inandırıcı görünmür,amma bu heç də o anlama gəlmir ki  qələbə qazanması asan olacaq. Buna görə də çoxları Qrişyuk-Karuana duelini heç-heçə ilə nəticələnəcəyini proqnozlaşdırır. Belə olan halda isə Şəhriyar mütləq  eks-dünya çempionu rusiyalı Vladimir Kramniki məğlub etməlidi. Karuana ilə Şəhriyarın xalları bərabərləşəcək  və  qeyd etdiyimiz kimi Karuanadan əlavə əmsallara görə üstün olan  Şəhriyar turnirin qalibi adı qazanacaq .

Şəhriyara sərf edən variantlar :

Məmməduyarov  – qələbə , Karuana – heç-heçə və ya məğlubiyyət

Məmmədyarov     - heç-heçə ,Karuana   - məğlubiyyət,Dinq Liren – heç-heçə və ya məğlubiyyət. Karyakin – heç-heçə və ya məğlubiyyət.  

Şahmatçımıza uğurlar arzu edək. İnşallah sonda gülən tərəfə Məmmədyarov olacaq. Oyunlar Bakı vaxti lə saat 17:00 – da başlayacaq.

14-cü tur

Kramnik – Məmmədyarov

Qrişyuk  -  Karuana

Karyakin – Dinq Liren

Aronyan  - So

 

chess.az