info@chess.az

+994 50 429 72 99

GÜNAY 11-Cİ YERDƏDİ
GÜNAY 11-Cİ YERDƏDİ

       Slovakiyada keçirilən qadınlar arasında Avropa Çempionatı davam edir. Azərbaycan  bu yarışda 5 şahmatçı ilə təmsil olunur. Keçirilən 9 turdan sonra hələ ki ən yaxşı nəticəni Günay Məmmədzadə göstərir. Gənc və perspektivli şahmatçımız  6 xalla Avropa Çempionatında hələ ki  11-ci pillədə  qərarlaşıb. Təmsilçilərimiz Gülnar Məmmədova 37-ci, Xanım Balacayeva  43-cü, Türkan Məmmədyarova  53-cü,Ülviyyə Fətəliyevə 58-ci, Zeynəb Məmmədyarova isə 60-cı pillədə qərarlaşıblar. Hazırda turnir cədvəlinə isə 8 xalla rusiyalı Valentina Qunina başçılıq edir. Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq,yarışda ümumilikdə 30 ölkədən 144 şahmatçı mübarizə aparır.   

chess.az