info@chess.az

+994 50 429 72 99

NİYƏ DƏ YOX ?
NİYƏ DƏ YOX ?

     Azərbaycanın ən güclü şahmatçısı, hazırda dünya şahmat sıralamasında 3-cü olan  Şəhriyar Məmmədyarov şahmat akademiyasını yaratmaq fikrinə düşüb. Bu barədə Şəhriyar özü, şəxsi feysbuk səhifəsində məlumat verib. “Şəhriyar Məmmədyarov adına akademiya və ya məktəb açmaq düşünürəm. Çünki bu gəncləri özü ilə aparan bir yolçu lazımdı. Nə fikirləşirsiz? Fikirləriniz önəmlidir “ deyə Şəhriyar oxucularına müraciyət edib. Buna fikirimiz çox əladır.  Azərbaycanın fəxri sayılan Şəhriyar Məmmədyarovun adı ilə bağlı hər nə varsa  sevinməliyik. Özü də söhbət belə çox böyük və ciddi bir layihədən gedirsə.  Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Lakin ölkəmizdə şahmat hədsiz populyar olsa da şahmat akademiyaların sayı çox azdı. Yalnız Vüqar Həşimov adına və “Elfim” şahmat akademiyalarını qeyd etmək olar. Və Şəhriyarın Akademiyasının fəaliyyəti düzgün qurularsa ölkədəki şahmat infrastrukturuna yeni nəfəs gətirəcək və ölkədə şahmatın inkişafını daha da gücləndirəcək . Təbi ki ölkədə çoxlu  klub və şahmat  məktəbləri fəaliyyət göstərir, lakin onların çoxlarının vəziyyəti elə də ürəkaçan deyil. Köhnəlmiş taxtalar, sınıq fiqurlar və s. Məhz buna görə açılması planlaşdırılan akademiyanın maddi-texniki bazası çox güclü olmalıdır. Güclü olmalıdır ki ölkədə şahmat məktəblərinin arasında da flaqmana çevrilsin. Bununla da nəinki gəncləri hətta onların indiyədək şahmat öyrəndikləri klubları da arxasınca apara  bilsin.  Və o akademiyada oxuyan uşaqlar  ilk addımlarını  peşakar səviyədə  atmış olacaqlar  və gələcəkdə dünya çapında şahmatçı kimi yetişmək şansları xeyli yüksələr.  Uğurlar Şəhriyar !

chess.az