info@chess.az

+994 50 429 72 99

ŞƏHRİYAR LİDERLƏR QRUPUNDA !
ŞƏHRİYAR LİDERLƏR QRUPUNDA !

 İsveçrənin Bil şəhərində Beynəlxalq şahmat festivalı davam edir. Dünən keçirilən 3-cü turda həmyerlimiz Şəhriyar Məmmədyarov ag fiqurlarla fransız Maksim Vişye- Laqravı məğlub edib.  3 oyuna aktivində 2.5 xalı olan Şəhriyar yarışın favoriti sayılan  Maqnus Karlsenlə 1-2 –ci yerləri bölüşdurur. Bu gün keçiriləcək 4-cü turda Şəhriyarın rəqibi rusiyalı Petr Svidler olacaq. Qeyd edək ki yarışda 6 grosmeyster iştirak edir  və turnir iki dövrəli sistemlə  10 turdan ibarət olacaq .

3 turdan sonra turnir cədvəli :

1.MAQNUS KARLSEN                 (NOR)         2.5

2.ŞƏHRİYAR MƏMMƏDYAROV  (AZE)          2.5

3. PETR SVİDLER                         (RUS)            2

4.DAVİD NAVARA                        (CHE)          1.5

5.MAKSİM VİŞYE-LAQRAV         (FRA)          1.5

6.NİKO GEORGİADİS                   (SUİ)              0    

chess.az