info@chess.az

+994 50 429 72 99

OLİMPİADA BAŞLAYIR ! (CANLI YAYIM)
OLİMPİADA BAŞLAYIR ! (CANLI YAYIM)

     Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Şahmat Olimpiadası start götürür. Kişilərin yarışında ümumilikdə 180 ölkədən 920 şahmatçı mübarizə aparacaq. Qədir Hüseynovun kapitan olduğu yığmamız yarışa bu heyətlə yollanıb  1.Şəhriyar Məmmədyarov  2.Teymur Rəcəbov  3.Arkadiya Naydiç 4.Rauf Məmmədov  5.Eltac Səfərli. Azərbaycanın kişilərdən ibarət yığma komandası yarışın əsas favoritlərindən biri sayılır. Yığmamız yarışın reytinq sıralamasında ABŞ,Rusiya və Çindən sonra 4-cu pillədə qərarlaşıb. Bu isə  çoxdandır arzusunda olduğumuz Olimpiada medallarının qazanılması üçün ümidimizi artırır. Qeyd edək ki Azərbaycan yığması indiyədək heç vaxt Şahmat Olimpiadalarında medal qaza bilməyib. Qadınların yarışında vəziyət biraz fərqlidir. 146 ölkədən 747 şahmatçının qoşulacağı mübarizədə yığmamız reytinq sıralamasında 11-ci pillədədir. Bu isə o deməkdir ki yığmamızı medallar uğrunda çox gərgin mübarizə gözləyir. Qadınlardan ibarət yığma komandamızın heyyəti belədir. 1.Günay Məmmədzadə 2.Zeynəb Məmmədyarova 3.Xanım Balacayeva 4.Gülnar Məmmədova  5.Ülviyyə Fətəliyeva.  Bu gün keçiriləcək ilk turda qadınlardan ibarət yığmamız İordaniya yığması ilə qarşılaşacaq. Kişilərdən ibarət yığma komandamız isə Fiziki Qüsurlu Şahmatçıların Beynəlxalq Federasiyasının yığması ilə qarşılaşcaq.  

CANLI YAYIM

chess.az