info@chess.az

+994 50 429 72 99

FİDE-DƏ YENİ PREZİDENT.
FİDE-DƏ YENİ PREZİDENT.

            23 ildir Beynəlxalq Şahmat Federasiyasına (FİDE)  başçılıq edən  Kirsan İlyumjinovun rəhbərliyi dünən Batumidə keçirilən FİDE-nin 89-cu kongresində rəsmi olaraq başa çatdı. Dünən keçirilən seçkilərdə FİDE-nin yeni prezidenti müəyənləşdi. Bundan sonra ali şahmat qurumuna rusiyalı Arkadiy Dvorkoviç başçılıq edəcək. Dvorkoviç 103 səslə digər namizəd olan yunan Qeorqius Makropulusa qalib gələrək FİDE-nin yeni prezidenti oldu. Qeyd edək ki, yeni seçilmiş prezident  bu il Rusiyada  keçirilən prezident seçkilərinə qədər baş nazir Dmitriy Medvedevin müavini postunu tuturdu. Dvorkoviç şahmat aləminə yaxın bir adamdır. Onun atası Vladimir Dvorkoviç uzun illər beynəlxalq dərəcəli şahmat hakimi olub. Prezident seçkilərindən sonra, Konqresdə FİDE-nin digər postlarına da təyinatlar oldu. Sevindirici haldır ki bundan sonra Dünya Şahmat Federasiyasının iki  vitse-prezidentindən biri soydaşımız Mahir Məmmədov olacaq. Mahir Məmmədov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti postunu daşıyıb və 2016-cı ildə Bakıda keçirilimiş Şahmat Olimpiadasının Əməliyyat Komitəsini sədri olmuşdur.        

chess.az