info@chess.az

+994 50 429 72 99

SALONIKI 2018
SALONIKI 2018

Yunanıstanın  Saloniki şəhərində yeniyetmələr arasında  Dünya Çempionatı davam edir. Turnirdə ümumilikdə 79 ölkədən 635 gənc şahmatçı mübarizə aparır. Ölkəmizi bu mötəbər yarışda 7 şahmatçı təmsil edir.  Keçirilən 4 turdan sonra  U-14 yaş qrupunda 2.5 xalla Süleymanlı Aydın 45-ci, Vüqar Manafov isə 2 xalla 65-ci pillədədilər, qızların U-14 yarışında isə Ayan Allahverdiyeva 2.5 xalla 31-ci yerdə qərarlaşıb. U-16 yaş qrupunda İbrahimli Murad 3 xalla 26-cı,qızlarda isə Hacıyeva Ləman eyni xalla 18-ci ,aktivində 3.5 xalı olan Gövhər Beydullayeva isə yarış cədvəlinin 5-ci  pilləsində qərarlaşıb.  U-18 yaş qrupunda yeganə təmsilçimiz olan Əhməd Əhmədzadə isə 3 xalla 15-ci pillədədir. Bu gün yarışın 5-ci turun oyunları keçiriləcək.  

chess.az