info@chess.az

+994 50 429 72 99

DÜNYA ÇEMPİONATI 2018
DÜNYA ÇEMPİONATI 2018

Yunanıstanda keçirilən 14,16 və 18 yaşlı şahmatçılar  arasında  Dünya Çempionatı başa çatdı. Yarışda ümumilikdə 79 ölkədən 635 gənc şahmatçı mübarizə aparıb. Ölkəmizi bu mötəbər yarışda 7 şahmatçı təmsil edib . Nəticələrə baxdıqda görünür ki Mundial şahmatçılarımız üçün elə də uğurlu alınmadı. Beləliklə,  U-14 yaş qrupunda  gənc şahmatçımız Süleymanlı Aydın 8 xalla 7-ci, Vüqar Manafov isə 6.5 xalla 33-cü oldular. Qızların U-14 yarışında  Ayan Allahverdiyeva 6 xalla yarışı 35-ci pillədə başa vurdu. U-16 yaş qrupunda  İbrahimli Murad 6 xalla 39-cu , qızlarda  Ləman Hacıyeva 6.5 xalla 24-cü, aktivində 7.5 xallı olan Gövhər Beydullayeva isə son tura qədər mundialın medalına iddialı olsa da nəticədə yarışı 5-ci pillədə başa vurmalı oldu.  U-18 yaş qrupunda yeganə təmsilçimiz olan Əhməd Əhmədzadə isə yarışı  22-ci pillədə baş vurdu.   

chess.az