Qalereya

Forum



Şahmat proqramları və dərsləri



Xəbərlər

Reykyavik Open 2016 beynəlxalq şahmat turniri başa çatıb

        İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən  “Reykyavik  Open 2016”  beynəlxalq şahmat turniri başa çatıb. İsveçrə sistemi ilə 10 turdan ibarət  keçirilən  yarışın  sonuncu turunda  ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov Bolqarıstan şahmatçısı  İvan Ceparinovla xalları yarı bölüb.

    Beləliklə.  10  turdan 7.5 xal toplayan Məmmədyarov 3-10-cu yerləri bölüşdürərək, əlavə göstəricilərə  görə  5-ci  pillədə qərarlaşıb. Yarışın qalibi 8.5 xal toplayan Hindistan təmsilçisi Adhiban Qubta olub.

Turnirdə ölkəmizlə yanaşı, Rusiya, Macarıstan, ABŞ, İtaliya, Almaniya və s  31 ölkədən  235 şahmatçı qələbə uğurunda mübarizə aparırdı.



Geriyə