SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

NİCAT ABBASOV YIĞMA KOMANDAYA DƏVƏT ALDI ! (KİMİN ƏVƏZİNƏ?)

Oktyabrın 23-də Gürcüstanın Batumi şəhərində keçiriləcək kişilər və qadınlar arasında komanda Avropa Çempionatında iştirak edəcək yığmamızın heyətində dəyişiklik olunub. 
Chess.az xəbər verir ki , Men adasında keçirilən "Grand Swiss 2019" şahmat turnirində ölkəmizi layiqincə təmsil edən Nicat Abbasov yığma komandanın heyyətinə daxil edilib. Maraqlısı isə odur ki ,Nicat siyahıya gözlənildiyi kimi Arkadiy Naydiçin əvəzinə yox ,şəxsi işləri ilə bağlı Avro 2019-da iştirak edə bilməyən Dünya Kubokunun son qalibi Teymur Rəcəbovun əvəzinə daxil edilib.

Eltac Səfərlinin kapitan olduğu komandamızın heyəti belədir :1.Şəhriyar Məmmədyarov 2.Nicat Abbasov  3.Arkadiy Naydiç  4.Rauf Məmmədov  5.Qədir Hüseynov. 
Xatırladaq ki ,yığmamız hazırkı Avropa çempionudur. Ümumilikdə isə ,Millimiz 3 dəfə Avropa Çempionu ,1 dəfə  Avropa Çempionatının gümüş ,1 dəfə isə bürünc medalların sahibi olub.
 HEYƏTLƏRскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss