SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Çempionatı Moskvada keçiriləcək!

Bu ilin sonunda keçrilməsi planlaşdırılan Rapid və Blitz üzrə Dünya Çempionatının məkanı və dəqiq tarixləri məlum oldu.
 Chess.az xəbər veri ki , Dünya Birinciliyi ötən il olduğu kimi yenidən Rusiyada keçiriləcək. Böyük maraqla gözlənilən şahmat bayramı  dekabrın 25-dən 30-dək Rusiyanın paytaxtı Moskvada şəhərində baş tutacaq. Xatırladaq ki ,dünyanın ən güclü şahmatçıların qatıldığı yarış , son illər Səudiyyə Ərəbistanda keçirilirdi və ölkənin mərhum Kral Salmanın adını daşıyırdı. Ötən il FİDE-də prezident seçkilərindən sonra Ali şahmat qurumunun yeni başçısı Səudiyyə Ərəbistanın rəhbərliyi ilə  dünya çempionatını adını saxlamaq şərtilə Rusiyada keçirilməsinə dair razılıq əldə etmşdir. Ötən il "King Salman World Cup" adı altında Dünya Çempionatı Rusiyanın Sankt-Peterburq şəhərində keçirildi.  Dünya çempionatının belə adlanmasına səbəb isə, FİDE-nin əvvəlki rəhbərliyinin  Səudiyyə Ərəbistanı höküməti ilə imzaladığı müqavilənin hələ də qüvvədə qalmasıdır. Məhz buna görə Dünya birinciliyinin Rusiyada keçirilməsnə baxmayaraq ,yarış keçən il olduğu kimi yenə də "King Salman World Cup" adlanacaq. Qeyd edək ki ,müqavilə şərtlərinə əsasən yarışın mükafat fondu da Səudiyyə Ərəbistanı höküməti tərəfindən qarşılanır. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss