SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

“ŞAHMATİST” 24 İL 6 AY HƏBS ALDI !

 Rusiyanın  tərkibində  olan Mordoviya Respublikasının Ali məhkəməsi  Beynəlxal dərəcəli idman ustası olan şahmatçı (Fide Master. Rtg 2433) Yuriy Şorçevi 24 il 6 ay azadlıqdan məhrum cəzasına məhkum edib. O cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək. Buna səbəb isə Şorçevin professional  şahmatçı olmaqla yanaşı  həmçinin professional cinayətkar olmasıdır. Şorçev Mordoviya fəaliyyət göstərən ən gəddar  mütəşəkkil cinayətkar dəstəsinin başçısı imiş. Kriminal aləmində “Şahmatist” ləqəbi ilə tanınan Şoreçev və onun dəstəsi  respublikada  ümumilikdə  30 dan çox ağır cinayət törətməkdə təqsirli bilinmişdi (o cümlədən ölüm və sifarişli qətl hadisələri) və günahları sübuta yetirilmişdi. Şorçevdən başqa dəstənin digər aktiv 8 üzvü  də həbs olunaraq müvafiq olaraq 5 ildən 21 ilədək cəzalarını alıblar. 




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss