SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ŞƏHRİYAR BİL TURNİRİNİN QALİBİ OLDU !

İyul ayı Şəhriyar üçün çox uğurlu alındı desək yanılmarıq.  Ayın sonlarında  İsveçrənin Bil şəhərində keçirilən Beynəlxalq Şahmat festivalında qazandığı uğurlar buna sübutdu. Bəli,məhz uğurlar ! Söhbət  təkcə mötəbər yarışda qazanılan birincilikdən getmir. Yarışdakı ümumi qələbədən əlavə  Şəhriyar  öz şəxsi rekordunu təzələyərək ELO xalını 2817.7-ə çatdırmaqla bir daha tarix yazmağa bacarıb ! (əvvəlki rekordu 2817.5).  Nəzərə alsaq ki yarış hələ bitməyib və bu gün rəqibi olacaq rusiyalı Pitr Svidler üzərində qazanıla biləcək  qələbə Şəhriyara daha çox reytinq xalı qazandıracaq və Məmmədyarov  dünya ikincisi ünvanını da  özünə qaytara bilər.  Yarışda ən yaddaqalan məqamlardan biri isə  təbi ki dünya çempionu Karlen üzərində qazanılan möhtəşəm qələbə idi. Hamı bilir ki Şəhriyar Karlsendən zəif deyil ,sadəcə 10 il davam edən “Karlsen sindromu”  Məmmədyarovu çox narahat edirdi. Və nəhayət ki Məmmədyarov bu tilsimi qıra bildi. Zarafat deyil , Şəhriyar nə az nə çox ,düz 10 ildir !!! ki Maqnus Karlseni məğlub edə bilmirdi.  Ümid edək ki bu gün  Şəhriyar Svidler uzərində möhtəşəm qələbə qazanaraq azarkeşlərini bir daha sevindirəcək.
9 turdan sonra turnir cədvəli :
1.ŞƏHRİYAR MƏMMƏDYAROV  (AZE)            7
2.MAQNUS KARLSEN                 (NOR)           5
3. PETR SVİDLER                         (RUS)          5
4.MAKSİM VİŞYE-LAQRAV         (FRA)         4.5
5.DAVİD NAVARA                        (CHE)            4
6.NİKO GEORGİADİS                   (SUİ)          1.5   
10-cu tur
SVİDLER (RUS)- MƏMMƏDYAROV (AZE)
KARLSEN (NOR) – GEORGİADİS (SUİ)
VİŞYE-LAQRAV (FRA) – NAVARA (CHE) 




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss