SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şahmat Festivalına qeydiyyat davam edir !

      Yeni ilin ilk yarışı olacaq "Fuad Cəfərov Memorialına" qeydiyyat davam edir.  Ənənəvi keçirilən yarış, mərhum beynəlxalq dərəcəli hakim  və Respublika şahmat Məktəbinin ilk direkrtoru olmuş Fuad Cəfərovun xatirəsinə həsr olunur.  Yanvarın 3-dən 11-dək paytaxtımızda keçiriləcək beynəlxalq  şahmat festivalında artıq 6 ölkədən 50-də çox şahmatçının iştirak edəcəyi dəqiqləşib. Festival 3 qrup üzrə keçiriləcək.
 “A” qrupu ((GM)Qrossmeyster və (İM)Beynəlxal Usta normalı), “B” qrupu  (Open) və “C” qrupu (11 yaşadək uşaqlar).  Bununla yanaşı festival çərçivəsində  Rapid və Blitz üzrə yarışlar da keçiriləcək. Turnirə qeydiyyat 30 dekabr 2018-ci il tarixində bitir. Qeyd edək ki, turnirin direktoru və baş hakimi beynəlxalq dərəcəli hakim İlqar Bacarani olacaqdır.
   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss