SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Çempionatına 7 nəfərlik heyyətlə yollanırıq

Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 25-dən 31-dək  Rapid və Blitz üzrə çempionat keçiriləcək.
Chess.az  xəbər verir ki, sözü gedən çempionatda çıxış edəcək şahmatçıların yekun siyahısı açıqlanıb. Birincilikdə 45 ölkədən 326 şahmatçı qüvvəsini sınayacaq. Onlardan 205-i kişilərin,121 nəfər isə qadınların yarışında mübarizə aparacaq. Ölkəmizi bu mötəbər yarışda 7 şahmatçı təmsil edəcək. İştirak edəcəkləri əvvəlcədən məlum olan Şəhriyar Məmmədyarov,Rauf Məmmədov,Türkan və Zeynəb Məmmədyarovalar və Günay Məmmədzadəyə son anda qrossmeysterimiz Qədir Hüseynov və Gülnar Məmmədova da qoşulublar.
Qeyd edək ki, Dünya Çempionu Maqnus Karlsenin də qatılacağı çempionatın ümumi mükafat fondu 1 000 000 ABŞ dolları təşkil edəcək.
     

"King Salman  World Chess Championships 2018 Rapid and Blitz" 





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss