SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Mahir Məmmədov : "Dünya şahmat tacı uğrunda cəhdlərimizi dayandırmayacağıq"

CHESS.az  Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun "Report"a müsahibəsini təqdim edir: 

- FIDE prezidenti bu yaxınlarda Bakıya səfər etdi. Səfərdə məqsəd nə idi? 

- Bu, Arkadi Dvorkoviçin FIDE prezidenti seçiləndən sonra ilk rəsmi səfəri idi. Gənclər və İdman Nazirliyi və Federasiya xətti ilə xahiş olunmuşdu ki, qurumun prezidenti yüksək səviyyədə qəbul olunsun. Bu da həyata keçdi.

- Səfər zamanı hansı məsələlər müzakirə olundu?

- Prezident İlham Əliyevə FIDE-dəki seçkilərdən sonra onu təbrik etdiyi üçün minnətdarlığını bildirdi. Azərbaycanda şahmatın yüksək səviyyədə inkişafından danışıldı. FIDE-nin yenidən necə qurulması, qarşıya qoyulan məsələlər və Azərbaycan şahmatçılarının rolundan da söhbət açıldı. Vacib məqamlara toxunuldu.

- Dvorkoviç Bakıya hər hansı təkliflə gəlmişdi?

- Xeyr, dəqiq təklif yoxdur. FIDE hazırda dünya şahmat xəritəsində turnirlər cədvəlini yenidən hazırlamaqla məşğuldur. Ona görə də Dvorkoviç özü ilə FIDE-nin yeni baş meneceri, əslən bakılı şahmatçı Emil Sutovskini də gətirmişdi. Hazırda Sutovski İsraildə çıxış edir, uzun müddət Azərbaycan klublarında oynayıb. Sadəcə, yeni ideyalar barədə məlumat verdi. Məsələn, qadınlar arasındakı dünya çempionatı bundan sonra yeni qayda ilə keçiriləcək. FIDE-nin cədvəlində mövcud olan turnirlərə yeni yanaşma necə ola bilər və s. 

- 2019-cu ildə Azərbaycanda hansı böyük şahmat yarışları gözlənilir?

- FIDE prezidenti sözlərinə əlavə etdi ki, Azərbaycanda ən yüksək səviyyədə Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" kimi səviyyəli turnir keçirilir. Bu turnirin qorunub-saxlanılması və gələcəkdə də keçirilməsindən danışıldı, fikir mübadiləsi aparıldı. Sonra isə Azərbaycanda "Naxçıvan Open" və "Baku Open" beynəlxalq turnirləri xüsusi qeyd olundu. Belə vacib yarışlar var. Bunlar öz yerində qalacaq. FIDE turnirlər konsepsiyasını müəyyənləşdirəndən sonra təkliflərlə gələcək. Hələ ki, dəqiq təklif ola bilməz. Çünki qurumun daxilində bu planlar işlənilir.

- FIDE-də vitse-prezident vəzifəsində çalışırsınız. Bu sizə hansı imkanlar yaradır?

- Mən qurumun daxilində təkcə Prezident Şurası və bütün komissiyalar deyil, istənilən səviyyədə müzakirələrin daxilindəyəm. Hər hansı bir ideyanın yaranması, onun müzakirədən sonra hansı şəkildə qəbul olunması və s. kimi mərhələlərdə birbaşa iştirak edirəm. Mənim təkidim və təşəbbüsüm ilə Azərbaycan mütəxəssisləri FIDE-nin daimi komissiyalarında yer ala bilərlər. Hazırda bu işə baxılır. Komissiyaların tərkiblər tam tərtib olunmaq üzrədir. Proses başa çatandan sonra biləcəyik ki, kimlər qəbul olundu. İndiyədək komissiyalar və komitələrdə Azərbaycanı heç kim təmsil etməyib. İndi isə böyük təmsilçilik olacaq. Düşünürəm ki, üstünlüklər gözə çarpandır.

- Hazırda Azərbaycanı maraqlandıran məsələ ondan ibarətdir ki, ölkənin hansısa şahmatçısı dünya çempionu olmasa da, İddiaçılar Turnirinin qalibi ola bilsin...

- Cənab Prezident fikir mübadiləsində bu barədə də danışdı. Dövlət başçısı bu idman növü barədə çox məlumatlıdır. Sonuncu İddiaçılar Turnirində Şəhriyar Məmmədyarov 2-ci yeri tutdu. Bu, o deməkdir ki, Məmmədyarov dünya şahmat tacı uğrunda Maqnus Karslenlə mübarizənin bir addımlığında oldu. Biz buna çox yaxınıq. 2011-ci ildən başlayaraq şahmatçılarımız turnirlərdə yüksək səviyyədə iştirak edirlər. Öz reytinq səviyyələrinə və qazandıqları hüquqlara görə bu turnirlərə daim qatılıblar. Bu barədə söhbət olub. Gələcəkdə də dünya şahmat tacı uğrunda cəhdlərimizi dayandırmayacağıq.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss