SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Çempionu həbs oluna bilər

Ötən ilin sonunda Rapid üzrə Dünya Çempionu adını qazanan gənc rusiyalı şahmatçı Daniil Dubov həbs oluna bilər. 

Chess.az  xəbər verir ki, belə bir iddia ilə “Rusiyanın “Rossiya 24” kanalında yayımlanan verilişlərin birində  erməni əsilli rusiyalı ekspert Vadim Melkumyan çıxış edib . Səbəb isə , Dubovun çempion olduqdan sonra verdiyi müsahibədir. Müsahibədə Dubov , Rusiya – Ukrayna münasibətlərində tamamilə ikincilərin tərəfində olduğunu açıqlayıb :

“Krım məsələsində mən tamamilə Ukraynanın tərəfindəyəm. Mən əlbəttə ki öz ölkəmi də sevirəm, amma son zamanlar ölkəm fəxr ediləcək işlər görmür. 200 il keçəcək və gələcək nəsillər Krıma görə utanacaq”

KİV üzrə ekspert Melkumyanın sözlərinə görə, Daniilin çıxışında cinayət tərkibi var və o Rusiyanın cinayət məcələsinin 280.1 maddəsi ilə ittiham olunmalıdır (Ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş çıxış və çağırışlar) :

“Belə bir insanın Rusiya adına Dünya çempionu olması utancvericidir. Prezident Putinin təbrik zəngindən cəmi bir neçə saat sonra, ölkəsinə qarşı belə bir çıxış etmək heç bir məntiqə sığmır. Bu çıxışına görə Dubov qanun qarşısında cavab verməlidir”. 

Onu da qeyd edək ki, hələ ki , Dubova qarşı rəsmi ittiham irəli sürülməyib. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss