SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Kim nə qədər qazandı !

     Beynəlxalq Şahmat Federasiyası Rusiyanın Sankt-Peterburq şəhərində başa çatan Rapid və Blitz üzrə Dünya Çempionatının yekun nəticələri açıqlayıb. Nəticələrlə bərabər FİDE mükafat fondunun da necə bölüşdürdüyünü də ətraflı izah edib. Beləliklə , DÇ-da ən çox qazanan şahmatçı Maqnus Karlsen oldu. Blitz yarışında 1-ci yer tutmaqla 60 000 ABŞ dolları , Rapiddə 5-ci yerə görə 36 250 dollar, iki yarışın ümumi nəticəsinə görə isə daha 20 000 dollar qazanan Maqnusun ümumi mükafatı 116 250 ABŞ dolları təşkil edib. Ən çox qazanan qadın şahmatçı isə iranlı Sarasadat Xadamalşariye oldu. Sarasadat həm Rapid , həm Blitz yarışlarında 2-ci olaraq ,ümumi hesabda çempionatı 1-ci pillədə bitirdi. Bu uğur ona 69 000 ABŞ dollar pul qazandırdı. Təmsilçilərimiz də mükafatsız qalmadı. Rapid üzrə Dünya Çempionatında 2-ci yeri tutan ,iki yarışın cəmində isə 5-ci olan Şəhriyar Məmmədyarov Dünya Çempionatında ümumilikdə 50 750 ABŞ dollar qazanıb. Birincilikdə elə də uğurlu çıxış etməyən təmsilçilərimiz Rauf Məmmədov 1 050 dollar ,Qədir Hüseynov isə 437 dollar mükafat qazanıb. Qadınlarda isə pul mükafatını qazanan yeganə təmsilçimiz Zeynəb Məmmədyarova oldu. Zeynəb 2 750 ABŞ dolları qazanıb.  Qeyd edək ki , Dünya Çempionatının ümumi müklafat fondu 1 000 000 ABŞ dolları təşkil edirdi. 

Mükafatların bölünməsi və yekun nəticələr (tam siyahı) : 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss