SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bu qız tarixə düşdü (FOTO)

Sabah Hollandiyanın Veyk-an-Zee şəhərində start götürəcək dünyanın ən qədim və ən prestijli şahmat turnirlərindən biri olan "Tata Steel Chess 2019"-da Qazaxıstan  təmsilçisi də yer alacaq.

Chess.az  xəbər verir ki, turnirin "B" qrupuna , "Tata Steel Challengers"-a dəvət alan Qazaxıstanın ən güclü qadın şahmatçısı Dinara Sadaukasova ,ölkəsini bu mötəbər yarışda təmsil edən ilk şahmatçısı kimi tarixə düşəcək. Dinara "B" qrupunda ukraynalı Anton Korobov, 20 yaşadək şahmatçılar arasında hazırki Dünya Çempionu iranlı Parham Maqsudlu və digər gənc və perspektivli şahmatçılarla birlikdə mübarizə aparacaq. 2472 ELO reytinqinə malik olan 22 yaşlı Sadaukasova belə bir böyük turnirə dəvət aldığı üçün xoşbəxt olduğunu bildirib :

"Mənim üçün bu turnirə dəvət almaq böyük xoşbəxtlikdi . Şahmatın Uimbldonu sayılan yarışda dünyanın ən güclü şahmatçılarıyla çiyin-çiyinə oynamaq qürurvericidir. Çıxış edəcəyim "B" turnirində də kifayət qədər güclü şahmatçılar toplaşıb. Bacara biləcəyim qədər güclü olmağa çalışacam"

Qeyd edək ki, turnirin "A" qrupunda dünya çempionu Maqnus Karlsenlə yanaşı Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da çıxış edəcəklər. Yanvarın 11-də keçiriləcək rəsmi açılışdan sonra ,ayın 12 də ilk turun oyunlarına start veriləcək.








скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss