SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Norway Chess 2019"-un heyəti məlum oldu . Turnirdə heç-heçə olmayacaq !

 

Norveçdə keçirilən ənənəvi "Altibox Norway Chess"superturnirinin bu ilki iştirakçılarının adları məlum olub. 

Chess.az  xəbər verir ki, iyunun 3-dən 15-dək Stavanger şəhərində keçiriləcək turnirdə 10 şahmatçı mübarizə aparacaq.Bu ilki turnirin çox güclü heyəti olacağlna görə yarışda çox maraqlı qaydalar tətbiq ediləcək. Təkcə onu qeyd etmək kifayətdir ki,Dünya Şahmat sıralamasının ilk onluğunda yer alan şahmatçılardan səkkizi bu turnirdə mübarizə aparacaq.Hazırda Dünya üçüncüsü olan həmyerlimiz Şəhriyar Məmmədyarovla yanaşı, turnirdə Dünya Çempionu Maqnus Karlsen, amerikalılar Fabiano Karuana və Vesli So ,Çin şahmatçıları Dinq Liren və Yu Yanyi, fransız Maksim Vişye Laqrav, eks-dünya çempionu hindistanlı Vişi Anand ,rusiyalı Aleksandr Qrişyuk və ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar. 

Təşkilatçılar turnirin daha da baxımlı olması üçün qaydalarda dəyişilklər ediblər. Belə ki, yeni qaydalara görə bu turnirdə heç-heçələr olmayacaq. Standart partiyada hər bir oyunçuya əlavəsiz 2 saat vaxt veriləcək. Standart partiyada qələbəyə görə 2, məğlubiyətə görə 0 xal hesablancaq. Tərəflər 4 saatlıq partiyanı heç-heçə başa vuracağı təqdirdə hər şahmatçı aktivinə yarım xal əlavə etsə də oyun bununla bitməyəcək. Heç-heçə edən tərəflər qısa fasilədən sonra "Armaqedon" oynayacaqlar. "Armaqedon"-da rəqiblərin oynadığı rənglər dəyişməz olaraq qalacaq. Ağlarda 1 dəqiqə artıq vaxt olacaq və onlar qələbə qazanmağa məcburdular. İstənilən başqa nəticə qaraların qələbəsi deməkdir. "Armaqedon"da qələbə qazanan şahmatçı aktivinə əlavə 1 xal yazdıracaq. 

Beləliklə turnirdə şahmatçıların qazana biləcəkləri xallar belə bölünür :

2 xal  Standart 4 saatlıq partiyada gələbəyə görə,

1.5 xal "Armaqedon" vasitəsilə gələbə görə,

0.5 xal "Armaqedon" məğlub olan ,

0 xal  Standart 4 saatlıq partiyada məğlub olan.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss